ENERJİ VƏ FƏALİYYƏT
Elektrik stansiyası
Naqillər
Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi kilometrlərlə uzunluğu olan naqillər vasitəsilə istifadə olunacağı yerlərə çatdırılır.
Fotoaparat, mobil telefon və fənər kimi cihazlar enerjini batareyalardan alır. Bu cihazların batareyalarındakı kimyəvi enerji elektrik enerjisinə çevrilərək onların işləməsini təmin edir.
Kinetik enerji
Hərəkət edən cisimlər potensial enerjidən başqa, kinetik enerjiyə də malikdir. Məsələn, oyun meydançasında qaçan uşaqların, hərəkət edən avtomobilin və sərinkeşin fırlanan pərlərinin kinetik enerjisi var. Həmçinin, külək və axan su da kinetik enerjiyə malikdir.
Bir cismin kinetik enerjisinin miqdarı onun sürətindən və kütləsindən asılıdır. Kütlələri bərabər olan iki cisimdən sürəti böyük olan cismin kinetik enerjisi digərinin kinetik enerjisindən çoxdur. Sürətləri bərabər olan iki cisimdən isə kütləsi böyük olan cismin kinetik enerjisi digərinin kinetik enerjisindən çoxdur.