BÖLMƏ 6
Elektrik enerjisi
Paltaryuyan maşın, televizor, soyuducu və ütü kimi bir çox məişət avadanlığı elektrik enerjisi ilə işləyir. Bu avadanlıqları elektrik enerjisi ilə təmin etmək üçün onları elektrik şəbəkəsinə qoşuruq. Şəbəkədən əldə etdiyimiz elektrik enerjisi elektrik stansiyalarında istehsal olunur.
Evlərdə, məktəblərdə və iş yerlərində istifadə edilən elektrik enerjisinin miqdarını ölçmək üçün elektrik sayğacı quraşdırılır. Sayğacın göstəricisinə əsasən, hər ay istifadə etdiyimiz elektrik enerjisi üçün ödəniş edirik.
Düşün, müzakirə et, paylaş
Elektrik enerjisi ilə işləyən başqa hansı cihazların adlarını çəkə bilərsiniz? Elektrik sayğacının “çox yazmaması” üçün elektrik enerjisinə necə qənaət etmək olar?