İNSAN ORQANİZMİ
1
HÜCEYRƏDƏN ORQANİZMƏ
Məktəb binası kərpiclərdən (daşlardan), divarlardan, otaqlardan təşkil olunmuşdur. Oxşar olaraq deyə bilərik ki, canlı orqanizmlər də müxtəlif quruluş səviyyələrinə malikdir.
İnsan orqanizmi də bir çox hissələrdən ibarətdir. Bu hissələr birlikdə fəaliyyət göstərərək bizim yaşamağımız və sağlam olmağımız üçün müəyyən orqanlar sistemini əmələ gətirir.
Hüceyrə
Bütün canlılar hüceyrədən təşkil olunub. Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş vahididir.
Toxuma
Eyni funksiyaya malik oxşar hüceyrələr qrupu hüceyrəarası maddə ilə birlikdə toxuma əmələ gətirir.
Orqanizm
Beləliklə, orqanizm orqanlar sistemindən ibarətdir. Orqanlar sistemi müəyyən funksiyanı birgə yerinə yetirən orqanlardan təşkil olunmuşdur.
Fəaliyyət 1
Hüceyrələr, toxumalar və orqanlar
Addım 1.
Hər biriniz özünüzün bir hüceyrə olduğunuzu təsəvvür edin.
Addım 2.
Dostlarınızla birlikdə 4–5 nəfərdən ibarət qruplar təşkil edin. Sizcə, qrupunuz nəyi ifadə edir?
Addım 3.
Daha sonra əvvəlcədən təşkil olunmuş halqaya qruplar şəklində daxil olun. Necə düşünürsünüz, daxil olduğunuz halqa nəyi ifadə edir?
Addım 4.
Orqanlar sisteminin modelini hazırlamaq üçün üsul düşünün.