QARIŞIQLAR
Maqnitlə təsiretmə üsulu
Bəzi bərk maddələr maqnit tərəfindən cəzb olunur. Məsələn, qumdan fərqli olaraq dəmir tozu maqnit tərəfindən cəzb olunur. Maqnitdən istifadə etməklə dəmir tozunu qumdan ayırmaq mümkündür. Dəmir tozu və qum qarışığına maqniti yaxınlaşdırdıqda maqnitə cəzb olunan dəmir tozu qumdan ayrılır.
Dəmir tozu və qum qarışığının maqnit vasitəsilə ayrılması
Biliklərin yoxlanılması
Süzmə üsulu
Fəaliyyət 3
Suda həll olmayan bərk maddənin sudan ayrılması
Məqsəd.
Bulanıq sudan şəffaf suyun alınmasını müşahidə etmək
Ləvazimat.
Süzgəc kağızı, şüşə qıf, stəkan, bulanıq su