QARIŞIQLAR
Maddələrin suda həll olmasına temperaturun təsiri
Maddələrin həll olmasına temperatur müxtəlif cür təsir edir.
Fəaliyyət 2
Bərk maddələrin suda həll olmasına temperatur necə təsir edir?
Məqsəd.
Qənd parçasının suda həll olmasına suyun temperaturunun təsirini yoxlamaq
Ləvazimat.
Stəkan (2 ədəd), isti Ləvazimat. su, soyuq su, çay qaşığı, qənd parçası (2 ədəd)
Soyuq su
İsti su
Təlimat.
Addım 1.
Stəkanlardan birini isti su, digərini isə soyuq su ilə doldurun.
Addım 2.
Stəkanların hər birinə eyni ölçüdə qənd parçası əlavə edib qarışdırın.
Nəticə çıxarın.
Qənd hansı stəkandakı suda daha tez həll olur?
Bərk maddənin suda həll olması həlledicinin temperaturu artdıqca sürətlənir. Məsələn, şəkər tozu və xörək duzu soyuq suya nisbətən isti suda daha tez həll olur.