BÖLMƏ 5
Bəzi bərk maddələr isə suda həll olmur. Məsələn, qum və ya təbaşir tozunu su ilə qarışdırdıqda gözlə görünən bulantı əmələ gəlir. Suyun bulanmasına səbəb qum və ya təbaşir tozunun suda həll olmamasıdır. Bu qarışığı bir müddət saxladıqda qum və ya təbaşir tozu suyun dibinə çökür.
Qum və ya təbaşir tozu suda həll olmur. Bir müddətdən sonra suyun dibində çöküntü əmələ gəlir.
Suda həll olmayan maddələrin bəziləri su ilə qarışdıqda suyun dibinə çökdüyü halda, bəziləri isə çöküntü əmələ gətirmir.
Taxta yonqarları su ilə qarışdırıldıqda yonqarlar suda görünür. Bir müddət sonra qum və təbaşir tozundan fərqli olaraq yonqarlar suyun yuxarı hissəsinə yığılır.