BÖLMƏ 5
Qarışığın tərkibində iki və daha çox saf maddə olur. Bu səbəbdən qarışıqlar müxtəlif növ zərrəciklərdən təşkil olunur. Məsələn, su və şəkər saf maddələrdir. Onları qarışdırdıqda isə şəkərli su əldə olunur.
Şəkər və su qarışığı müxtəlif növ zərrəciklərdən təşkil olunub.
İstifadə etdiyimiz əşyaların əksəriyyəti müxtəlif saf maddələrin qarışığından hazırlanır. Qızıldan hazırlanmış zinət əşyalarının tərkibində qızılla yanaşı, müəyyən miqdarda gümüş və mis olur. Bu maddələr zinət əşyalarının bərkliyini artırır və onlara digər xassələr verir.
Saf maddə
Qarışıq
İstifadə etdiyimiz əşyaların çoxu dəmir, karbon və digər maddələrin qarışığı olan poladdan hazırlanır. Polad dəmirə nisbətən daha davamlı olur.
Təbiətdə maddələr, əsasən, qarışıqlar şəklində olur.