QARIŞIQLAR
18
SAF MADDƏLƏR VƏ QARIŞIQLAR NƏDİR?
Saf maddələr
Əvvəlki dərslərimizdə su, xörək duzu, gips, qum, təbaşir, karbon qazı, oksigen qazı, qlükoza kimi maddələrlə tanış olduq. Bu maddələrin hər biri eyni növ zərrəciklərdən təşkil olunub. Eyni növ zərrəciklərdən təşkil olunmuş maddələr saf maddələrdir.
Şəkər
Su
Saf maddələr eyni növ zərrəciklərdən təşkil olunur.
Qarışıqlar
Gündəlik həyatımızda saf maddələrlə yanaşı, müxtəlif qarışıqlardan da istifadə edirik. Qarışıqlara salat, dondurma, kokteyl, pizza və qəhvəni misal göstərə bilərik.
Düşün, müzakirə et, paylaş
Gündəlik həyatınızda istifadə etdiyiniz qarışıqlara misallar göstərin.
Bu qarışıqları necə əldə edirik?