FİZİKİ VƏ KİMYƏVİ HADİSƏLƏR
Bərk şokolad istiyə məruz qaldıqda əriyir və maye şokolada çevrilir. Maye halında olan şokolad isə soyuq şəraitdə yenidən bərk şokolada çevrilir.
Dondurma əridikdə maye hala keçir. Əksinə, ərimiş dondurmanı yenidən soyutmaqla əvvəlki halına qaytarmaq olur.
Hər iki halda çevrilmələr zamanı yeni maddə əmələ gəlmir, yalnız onların halı dəyişir.
Biliklərin yoxlanılması
a) Fiziki hadisə zamanı tərkib.......................... (dəyişir / dəyişmir).
b) Buz və su.......................... (eyni / müxtəlif) zərrəciklərdən təşkil olunub.
c) Ərimə.......................... (dönən / dönməyən) hadisədir.
I Buz parçasının əriməsi
II Şüşə stəkanın sınması
III Stəkanda olan suyun donması
a) Yalnız forma dəyişir.
b) Yalnız hal dəyişir.
c) Həm forma, həm hal dəyişir.