BÖLMƏ 4
Maddə müxtəlif hallarda eynitərkibli olur. Məsələn su, buz və su buxarı eyni zərrəciklərdən təşkil olunmuşdur və onlar bir-birinə çevrildikdə tərkibin dəyişməsi müşahidə olunmur. Yəni ərimə, donma, qaynama, buxarlanma və kondensasiya da fiziki hadisələrdir.
Fəaliyyət 1
Fiziki hadisənin müşahidə edilməsi
Məqsəd.
Fiziki hadisələr zamanı tərkibin dəyişmədiyini müşahidə etmək
Ləvazimat.
Meyvə şirəsi, soyuducu, soyuducunun buz qabları
Təlimat.
Fiziki hadisələr əsasən dönən olur. Yəni maddə bir haldan başqa hala çevrildikdən sonra yenidən əvvəlki halına qayıda bilir.
Fəaliyyət 2
Fiziki hadisənin dönən olduğunu müəyyən etmək
Məqsəd.
Suyun maye haldan buxar halına və əksinə çevrilməsinin dönən olduğunu müəyyən etmək
Ləvazimat.
Su, çaydan, şüşə qab, stəkan, qızdırıcı
Təlimat.
Addım 1.
Çaydana müəyyən qədər su əlavə edin və qaynadın. Qızdırıcı və qaynar sudan istifadə etdikdə ehtiyatlı olun.
Addım 2.
Çaydanın lüləyinə maili vəziyyətdə şüşə qab yaxınlaşdırın.
Addım 3.
Şüşə qabın altına stəkan yerləşdirin.
Nəticə çıxarın.
Müəyyən müddətdən sonra nə müşahidə etdiniz? Bu zaman yeni maddə əmələ gəldimi?