BÖLMƏ 3
Düşün, müzakirə et, paylaş
1 və 5 litr suyun donma temperaturlarını müqayisə edin, fikrinizi əsaslandırın.
Biliklərin yoxlanılması
a) Yağın halında hansı dəyişiklik baş verir?
b)Bu dəyişiklik nəticəsində yağ zərrəciklərinin düzülüşü və hərəkəti necə dəyişir?
c) Uşaqlar ərimiş yağ parçasını əvvəlki halına qaytarmaq üçün nə etməlidirlər?
Buxarlanma nədir?
Buxarlanma mayenin qaz halına (buxara) çevrilməsidir. Buxarlanma zamanı zərrəciklər mayenin, əsasən, səthindən ayrılaraq qaz halına keçir. Ətraf mühitdə buxarlanmaya tez-tez rast gəlirik. Buxarlanma hər bir temperaturda baş verə bilir. Buna görə də, havada daim su buxarı mövcuddur. Amma su buxarı rəngsiz olduğu üçün biz suyun buxarlanması zamanı ayrılan qazı görə bilmirik.