MADDƏNİN HALLARI VƏ ÇEVRİLMƏSİ
Qaz halındakı maddələrdə zərrəciklər arasındakı məsafə bərk və mayelərlə müqayisədə çox böyükdür. Bu zərrəciklər sərbəst hərəkət edə bilir. Bu da qazların asanlıqla ətrafa yayılmasına səbəb olur.
Bilirsinizmi?
Su ilə apardığımız təcrübəni hava ilə də təkrarlayaq. Hava ilə doldurulmuş şprisin ucunu barmağımızla bağlayaq. Sonra porşeni irəli sıxmağa çalışaq.
Şprisin içindəki havanın həcmi müəyyən qədər azalır.
Təcrübə onu göstərir ki, qazların sabit həcmi yoxdur və sıxıla bilir.
Fəaliyyət 4
Qazların forması varmı?
Məqsəd.
Qazların formasının olmadığını müəyyən etmək.
Ləvazimat.
Şüşə balon, pambıq, kibrit
Təlimat.
Qazların forması yoxdur və onlar içərisində olduqları bağlı qabın bütün həcmini tutur.