BÖLMƏ 3
Sadə təcrübəni nəzərdən keçirək. Şprisi müəyyən qədər su ilə dolduraq və ucunu barmağımızla tutaq. Sonra porşeni irəli sıxmağa çalışaq.
Suyun həcmi dəyişmir.
Müşahidə etdik ki, porşen irəli sıxılmadı. Bu onu göstərir ki, suyun sabit həcmi var və onu sıxmaq mümkün deyil.
Qazlar
Oksigeni, karbon qazını, azotu qazlara misal göstərə bilərik. Şarlara doldurulan helium da qaz halında maddədir. Əksər qazların rəngi olmadığına görə biz onları görə bilmirik. Ətir qabının qapağını açdıqda ordan ayrılan qazı görməsək də, iyini hiss edirik.
Fəaliyyət 3
Ətrin yayılması
Məqsəd.
Qazın yayılmasını ətir misalında müşahidə etmək.
Ləvazimat.
Ətir
Təlimat.
Addım 1.
Sinif otağının bir küncündən şagirdlərdən biri bir az ətir püskürdür.
Addım 2.
Ətrin iyi digər şagirdlərə çatdıqda hər biri əl qaldırır.
Nəticə çıxarın.
Fəaliyyət zamanı şagirdlərin əl qaldırması hansı nəticəyə gəlməyimizə əsas verir?
Ətrin iyinin yayılmasını necə izah edərdiniz?