MADDƏNİN HALLARI VƏ ÇEVRİLMƏSİ
Bərk maddələri təşkil edən zərrəciklər sıx yerləşir və nizamlı düzülüşə malik olur. Zərrəciklərin sıx və nizamlı yerləşməsi onların sərbəst hərəkətinə mane olur. Bu səbəbdən bərk maddələr öz formasını dəyişmir.
Zərrəciklər arasındakı məsafə çox kiçik olduğundan bərk maddələri sıxmaq mümkün deyil.
Mayelər
Gündəlik həyatımızda istifadə etdiyimiz mayelərə su, süd, meyvə şirəsi, boyaları misal göstərmək olar. Mayelərin axıcılıq qabiliyyəti olur.
Mayelər içərisində olduğu qabın formasını alır. Lakin bu zaman onların həcmi dəyişmir.
Mayeləri müxtəlif formalı qablara tökdükdə həmin qabın formasını alır.