BÖLMƏ 3
13
BƏRK, MAYE VƏ QAZLARIN FƏRQLİ XASSƏLƏRİ
Nə üçün bərk, maye və qazların bəzi xüsusiyyətləri bir-birindən fərqlənir? Gəlin, birlikdə öyrənək.
Bərk maddələr
Xörək duzu, qum, şəkər, alüminium, dəmir, qızıl və s. bərk maddələrdir. Bərk maddələrdən təşkil olunmuş cisimlərə isə kağızı, kərpici, şüşə qabı, qəpiyi və s. misal göstərmək olar.
Bərk cisimlərin müəyyən forması vardır.
Kürə formasında olan bərk cismi müxtəlif qablara yerləşdirdikdə öz formasını dəyişmir.