MADDƏNİN HALLARI VƏ ÇEVRİLMƏSİ
Fəaliyyət 2
Bərk cismin həcmini necə ölçə bilərik?
Məqsəd.
Bərk cismin həcmini ölçmək.
Ləvazimat.
Ölçü qabı, bərk cisim (pozan, açar, bolt və s.), ip, su
Təlimat.
Addım 1.
Ölçü qabına bir miqdar su tökün və ölçü qabının göstəricisini qeyd edin.
Addım 2.
Ölçü qabına iplə bağlanmış kiçik bərk cisim daxil edin və ölçü qabının göstəricisini yenidən qeyd edin. Şüşə qablardan istifadə etdikdə ehtiyatlı olun.
Nəticə çıxarın.
Qabdakı suyun səviyyəsi niyə yüksəldi?
Bərk cismin həcmi nə qədər oldu?
Bilirsinizmi?