BÖLMƏ 3
b)
Addım 1.
Stəkanın kütləsini ölçün.
Addım 2.
Stəkanı yarısına qədər su doldurub onların birlikdə kütləsini ölçün.
Addım 3.
Aşağıdakı cədvəli dəftərinizdə çəkib ölçmələrinizin nəticələrini müvafiq xanalara qeyd edin.
Stəkanın kütləsi (q) | |
Stəkanın su ilə birlikdə kütləsi (q) | |
Suyun kütləsi (q) |
c)
Şara üfürdüyünüz havanın kütləsini necə ölçə bilərsiniz?
Bunu yoldaşlarınızla müzakirə edin.
Həcm və onun ölçülməsi
Kütlə ilə yanaşı, maddələrin və onlardan hazırlanmış cisimlərin müəyyən həcmi də var. Maddənin fəzada tutduğu yer onun həcmidir. Həcm santimetrin kubu (sm3), metrin kubu (m3), millilitr (ml), litr (l) və s. vahidlərlə ölçülür.
Menzurka
Menzurkada mayenin həcmi 35 ml-dir.
Kimyəvi stəkan
Kimyəvi stəkanda mayenin həcmi 70 ml-dir.
Mayenin həcmini təyin etmək üçün menzurka və ya bölgülü stəkan (kimyəvi stəkan) kimi ölçü qablarından istifadə edilir.
Öyrəndiklərinizi tətbiq edin (Müşahidə)