BÖLMƏ 2
Fəaliyyət 2
Bitkiləri necə təsnif etmək olar?
Məqsəd.
Bitkilərin müxtəlif əlamətlərinə görə qruplaşdırılması
Təlimat.
Addım 1.
Verilən bitki şəkillərini nəzərdən keçirin. Hər bir qrupda olan bitkilərin xüsusiyyətləri nələrdir? Onları dəftərinizdə qeyd edin.
Addım 2.
Nümunəyə əsasən aşağıdakı cədvəli dəftərinizdə tamamlayın. Hər bir bitkinin xüsusiyyətlərini təsvir etmək üçün söz və ya şəkillərdən istifadə edin.
Addım 3.
Hazırladığınız cədvəldəki məlumatlardan istifadə edərək bitkiləri qruplaşdırın. Bu qrupları adlandırın.
Nəticə çıxarın.
1. Təsnifat cədvəlinizi sinfə təqdim edin. Bitkiləri hansı əlamətlərinə görə təsnif etdiniz?
2. Digər yoldaşlarınızın bitkiləri necə təsnif etdiklərini öyrənin. Onların və sizin verdiyiniz təsnifatın fərqi nədədir?
3. Hansı əlamətlər qrupların təsnifatında faydalı oldu? Hansı xüsusiyyətlər qrupları ayırmağa kömək etmədi?
Biliklərin yoxlanılması