CANLILARIN MÜXTƏLİFLİYİ
Bitkilər yaşadıqları mühitə görə quru və su bitkiləri olaraq da təsnif edilə bilər.
Quruda bitən bitkilər
Quruda bitən bitkilərə meşə, səhra və dağlıq ərazilərdə rast gəlinir.
Su bitkiləri
Su bitkilərinə suyun səthində və ya suyun dibində rast gəlmək mümkündür.
Necə düşünürsünüz, bitkiləri başqa hansı yollarla təsnif etmək olar?
Düşün, müzakirə et, paylaş
Canlıların müxtəlifliyi haqqında öyrəndiyiniz vacib fikir hansıdır? Bu fikri niyə vacib hesab etdiyinizi izah edin.