CANLILARIN MÜXTƏLİFLİYİ
11
BİTKİLƏRİ NECƏ TƏSNİF EDƏ BİLƏRİK?
Heyvanlar kimi bitkilər də öz ölçüsünə, rənginə, formasına və digər xüsusiyyətlərinə görə birbirindən çox fərqlənirlər. Lakin nə qədər çox fərqlənsələr də, onları ümumi əlamətlərinə əsasən müxtəlif qruplarda birləşdirmək mümkündür. Siz əvvəlki siniflərdə bu xüsusiyyətlərin bəziləri ilə tanış olmusunuz. Onlar hansılardır?
Bitkilər çiçəkli və çiçəksiz olmaqla qruplaşdırıla bilər.
Çiçəkli bitkilər
Ağac və kolların əksəriyyəti çiçəkləyir.
Çiçəksiz bitkilər