BÖLMƏ 2
Həşəratlarla yanaşı, digər onurğasız heyvan qrupları da mövcuddur. Məsələn, hörümçəklər və əqrəblər hörümçəkkimilər qrupuna aiddir. İlbizlər, kalmarlar və səkkizayaqlılar isə molyusklardır.
Hörümçəkkimilər
Molyusklar
Bilirsinizmi?
Buğumayaqlılar onurğasızların ən böyük qrupudur. Həşəratlar, hörümçəklər, xərçənglər və yengəclər buğumayaqlılara aiddir. Ayaqları və bədənləri buğumludur, xarici sərt skeletləri vardır.
Düşün, müzakirə et, paylaş
Biliklərin yoxlanılması