CANLILARIN MÜXTƏLİFLİYİ
10
HEYVANLARI NECƏ QRUPLAŞDIRIRIQ?
Heyvanlar bədənlərində daxili sümük skeletinin olub-olmamasına görə də qruplaşdırıla bilər.
Sümük skeletin əsas hissəsi olan onurğa, heyvanların qruplara ayrılmasında istifadə olunan mühüm əlamətdir. Alimlər buna əsasən, heyvanları iki əsas qrupa ayırırlar: onurğalılar və onurğasızlar. Onurğalılar özləri də bir neçə əsas qrupa bölünürlər: məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar və balıqlar.
Onurğalı heyvanlar
Məməlilər
Məməlilərin ümumi xüsusiyyətlərinə aiddir: