CANLILARIN MÜXTƏLİFLİYİ
Təyinedici açar
Siz çox vaxt əşyaları oxşar və ya fərqli əlamətlərinə görə qruplaşdırırsınız. Əşyaları asanlıqla təyin edə bilmək üçün sistemləşdirməkdə və qruplaşdırmaqda təyinedici açar sizə kömək edir. Təyinedici açar əşyaların necə oxşar və ya fərqli ola biləcəyini göstərir.
Canlıları da öyrənmək üçün təyinedici açardan istifadə olunur. Təyinedici açar ətrafımızdakı canlıların müxtəlifliyini başa düşməyə kömək edir. Bu zaman eyni qrupa aid olan heyvanlar və ya bitkilərin ortaq xüsusiyyətləri digər qruplardakı canlılarda müşahidə olunmaya bilər.
Alimlər, adətən, müxtəlif canlıları əlamətlərinə görə qruplara ayırmaq və ya təyin etmək üçün budaqlanma metodundan istifadə edirlər. Həmçinin eyni canlı qrupu daxilində müxtəlif növləri müəyyən etmək üçün təsnifat sxemlərindən də istifadə edə bilərik.
Canlıları təyin etmək üçün budaqlanma metodu