BÖLMƏ 2
Düşün, müzakirə et, paylaş
Sinif yoldaşlarınızın canlıları qruplara necə ayırdıqları ilə tanış olun. Onların və sizin apardığınız təsnifatın fərqi nədədir? Digər şagirdlər hansı əlamətlərdən istifadə ediblər?
Canlıların xüsusiyyətləri
Siz bəzi bitki və heyvanları qruplaşdırmağı əvvəlki siniflərdə öyrənmişsiniz. Bilirsiniz ki, təsnifat canlıları asan tanımaq və öyrənmək üçün onları düzgün qruplaşdırmaqda bizə kömək edir.
Canlılar
Heyvanlar
Göbələklər
Bitkilər
Bakteriyalar
Canlıları qruplara ayırmaq üçün alimlər hər bir heyvanın və bitkinin bir çox xüsusiyyətini öyrənirlər. Bəzi heyvanlarda və ya bitkilərdə eyni əlamətlərin olması onların ortaq xüsusiyyətə malik olduğunu göstərir.
Bilirsinizmi?
Canlıların ilk elmi təsnifat sistemi Karl Linney (1707-1778) tərəfindən hazırlanmışdır. O, canlıları oxşar xüsusiyyətlərinə görə qruplaşdırmışdır.