Nicat və Leyla təbiət qoruğuna ekskursiyaya gediblər. Canlıları qruplara ayırmaq
üçün onlara kömək edin.
Yer kürəsində yaşayan müxtəlif canlıları hansı xüsusiyyətlərinə görə qruplara
ayırmaq olar?
-
Müşahidə oluna bilən ümumi xüsusiyyətlərdən istifadə edərək canlıları qruplara
ayırmağı və bunun səbəblərini izah etməyi;
-
Canlıları qruplaşdırmağa və tanımağa kömək edən sadə təyinedici açarlardan
istifadə etməyi;
-
Müxtəlif heyvan qruplarına aid bəzi ümumi xüsusiyyətləri sadalamağı;
-
Bəzi onurğalı heyvanları təsvir etməyi;
-
Çiçəkli və çiçəksiz bitkilər arasında sadə fərqləri müəyyən etməyi.