BÖLMƏ 1
Beş duyğudan istifadə edərək biz ətraf mühit haqqında daha çox informasiya əldə edirik.
Orqanizmin normal fəaliyyətini təmin etmək üçün müxtəlif orqanlar sistemi birlikdə işləyir. Bilirsiniz ki, skelet və əzələ sistemlərinin birgə işi nəticəsində bədənimiz hərəkət edə bilir. Bu sistemlərin birgə fəaliyyətini beynimiz idarə edir. Beyin isə orqanlar sisteminə nə edəcəkləri barədə ünvanlı “əmrlər” verir.
Mənim görmə və qoxu orqanlarım baş beynə məlumat göndərir ki, bu sendviç çox dadlıdır. Mən bu sendviçi yemək istəyirəm.
Baş beynim əl əzələlərimə göstəriş verir ki, sendviçi götürüm və ağzıma tərəf aparım.
İndi həzm sistemim bu sendviçi daha sadə birləşmələrə parçalamağa başlayacaq.
Düşün, müzakirə et, paylaş
Beyin tərəfindən idarə olunan birgə fəaliyyətlərə aid başqa nümunələr göstərə bilərsinizmi?
Biliklərin yoxlanılması