İNSAN ORQANİZMİ
8
İNSAN ORQANİZMİ NECƏ İDARƏ OLUNUR?
Müasir dövrdə internetdən, demək olar ki, dünyanın bütün ölkələrində geniş istifadə olunur. Nəticədə müxtəlif kompüterlər arasında qarşılıqlı əlaqə yaranır. İnformasiya mübadiləsini təmin edən bu şəbəkə vasitəsilə insanlar dünyanın hər yerindən məlumat toplayır, onları emal edir, saxlayır və ötürə bilirlər. İnsanın sinir sistemi də internet kimi orqanizmin daxilində və xarici aləmdə baş verənlər haqqında məlumat alır. Bu sistem müxtəlif orqanların və orqanlar sisteminin birgə fəaliyyətini təmin edir. İnsanın nitq, yuxu, yaddaş və digər davranışlarını tənzimləyir.
Sinir sistemi hüceyrələrinə bədənin hər yerində rast gəlmək olar. Bu hüceyrələr orqanlarla beyin arasında qarşılıqlı əlaqəni təmin edən sinir şəbəkələrini formalaşdırır. Sinir sistemi baş beyin, onurğa beyni və onlardan çıxan sinirlərdən ibarətdir.
Baş beyin
Onurğa beyni