BÖLMƏ 1
7
QAN BƏDƏNİMİZDƏ NECƏ TƏMİZLƏNİR?
Sinif otağınızın və evinizin hər gün təmizləndiyini müşahidə edirsiniz. Onların təmiz qalması üçün zibillər və məişət tullantıları atılır. İnsan orqanizmi də sağlam qalmaq üçün tullantı maddələrini xaric etməlidir. Artıq siz karbon qazının və həzm olunmamış qida qalıqlarının bədəndən kənarlaşdırılması barədə öyrənmişsiniz. Bu məhsullar xaric olunmadığı halda, onlar orqanizmə zərərli təsir göstərir.
Maye halında olan tullantılar bədəndən, əsasən, ifrazat sistemi orqanları vasitəsilə xaric edilir.
Böyrəklər əsas ifrazat orqanlarıdır. İnsan orqanizminə lazım olmayan maddələr qan vasitəsilə böyrəklərə daşınır. Onların funksiyası orqanizmdə bu maddələri və artıq mayeni xaric edərək qanı təmizləməkdən ibarətdir.
Böyrəklər
Sidik axarları
Sağlam insanın sidik kisəsi təxminən yarım litr sidiyi 2 saatdan 5 saatadək saxlaya bilər.
Sidik kisəsi
İfrazat sisteminin əsas orqanları
Düşün, müzakirə et, paylaş
Hər hansı bir maddənin orqanizm üçün lazımsız və ya tullantı maddə olmasının səbəbini necə izah edə bilərsiniz?
Biliklərin yoxlanılması