İNSAN ORQANİZMİ
Deməli, nəfəs alarkən qəbul etdiyimiz havanın tərkibindəki oksigen ağciyərlərdən qana keçir. Eyni zamanda karbon qazı qandan xaric edilərək ağciyərlərə daxil olur. Daha sonra nəfəsvermə zamanı karbon qazı bədəndən xaric olur.
Nəfəsalma
Nəfəsvermə
Aşağıdakı cədvəldə tənəffüs prosesində qəbul edilən hava ilə xaric olunan havanı bir-birindən fərqləndirən xüsusiyyətlər qeyd edilmişdir.
Qəbul edilən hava | Xaric olunan hava |
---|---|
• Tərkibində oksigen daha çoxdur | • Tərkibində oksigen daha azdır |
• Tərkibində karbon qazı daha azdır | • Tərkibində karbon qazı daha çoxdur |
• Tərkibində su buxarı daha azdır | • Tərkibində su buxarı daha çoxdur |
• Nisbətən sərindir | • Nisbətən istidir |
Nə üçün nəfəsvermə zamanı xaric olunan havanın tərkibində karbon qazı və su buxarının miqdarı daha çox olur?
Bunun səbəbi tənəffüs prosesinin baş verməsidir. Bədənimizdə qidanın parçalanaraq enerji ayıra bilməsi üçün oksigendən istifadə olunur. Parçalanma zamanı karbon qazı və su yaranır. Bədənimiz bu maddələrin bir qismini nəfəsvermə ilə xaric edir.
Biliklərin yoxlanılması