BÖLMƏ 1
Nəfəsalma və nəfəsvermə zamanı bədənimizdə hansı proseslər baş verir?
Əzələlər nəfəs alarkən qəbul etdiyimiz havanın ağciyərlərə daxil olmasına və oradan xaric edilməsinə kömək edir.
Fəaliyyət 8
Ağciyərlər necə işləyir?
Məqsəd.
Şarlardan və plastik su qabından istifadə edərək ağciyər orqanının modelinin hazırlanması
Ləvazimatlar.
Şarlar (3 ədəd), plastik su qabı (1 və ya 2 litrlik), yapışqanlı lent, rezin tıxac, rezin pərdə, elastik lentlər və ya rezin qaytanlar, ip, Y - formalı boru, şirə çöpləri.
Təlimat.
Addım 1.
Plastik su qabının aşağı hissəsini kəsin, ağzını isə boru keçirmək üçün dəliyi olan rezin tıxacla bağlayın.
Addım 2.
Şəkildə gördüyünüz kimi, Y - formalı borunun iki ucunun hər birinə bir şar keçirin və elastik lentlə bərkidin.
Addım 3.
Şəkildə gördüyünüz kimi, borunun üçüncü ucu yuxarı olmaqla plastik qaba daxil edin və rezin tıxacdan xaricə çıxarın.
Addım 4.
Üçüncü şarı götürüb, açıq ağzını iplə bağlayın, alt hissəsini isə kəsib su qabının kəsilmiş aşağı hissəsinə keçirin və yapışqanlı lentlə bərkidin
Tənəffüs prosesini nümayiş etdirmək üçün hazırlanmış ağciyər modeli
Müşahidə:
a) Su qabının dibinə bağlanmış rezin pərdəni aşağıya doğru dartın. Bu zaman qabın içərisinə yerləşdirdiyiniz şarlarda hansı dəyişikliklər baş verir? Gördüklərinizi təsvir edin
b)
Rezin pərdəni buraxaraq əvvəlki vəziyyətinə qaytardıqda şarlarda hansı dəyişikliklər
baş verir?
Gördüklərinizi təsvir edin.
Nəticə çıxarın.
1. Bu modeldə nömrələnmiş hissələr insanın hansı orqanlarına uyğun gəlir?
2.
Müşahidələrinizə əsasən nəfəsalma və nəfəsvermə zamanı ağciyərlərdə hansı
proseslərin baş verdiyini şərh edin.