İNSAN ORQANİZMİ
Tənəffüs sistemimiz nədən ibarətdir?
Tənəffüs sistemimiz nəfəs alıb-verdiyimiz havanı daşıyan orqanlar və ağciyərlərdən ibarətdir. Bu sistem sayəsində hava, qan və toxumalar arasında qazlar mübadiləsi baş verir.
Hava bədənimizə burun boşluğundan, bəzən də ağızdan daxil olur. Biz nəfəs aldıqda hava axını nəfəs borusuna və oradan da ağciyərlərə ötürülür. Bu zaman ağciyərlərimiz hava ilə doldurulmuş şar kimi genişlənir. Nəfəs alarkən qəbul etdiyimiz havanın tərkibindəki oksigeni orqanizm enerji əldə etmək üçün istifadə edir.
Nəfəsimizi verdikdə isə hava ağciyərlərimizdən çıxır və bu zaman karbon qazı da bədənimizdən xaric olunur. Bu proses tənəffüs adlanır.
Burun boşluğu, nəfəs borusu və ağciyərlər insanın tənəffüs sistemini təşkil edir.
Burun boşluğu
Ağciyərlər
Nəfəs borusu
Diafraqma
Tənəffüs sistemi