Ağız boşluğu
-
Həzm ağız boşluğunda
başlayır. Burada dişlər qidanı
kəsir, daha kiçik hissələrə
parçalayır və xırdalayır;
-
Eyni zamanda ağız suyu
vəzilərinin ifraz etdiyi maye
qidanı isladaraq yumşaldır və
onun udulmasını asanlaşdırır;
-
Dil qidanı ağız suyu ilə
qarışdırır və onu çox kiçik
hissələr halında qida
borusuna ötürür.
Nazik bağırsaq
-
Müəyyən qədər həzm
olunmuş qida horrası nazik
bağırsaqda mədəaltı vəzinin
və qaraciyərin ifraz etdiyi şirə
ilə də qarışır;
-
Burada qida maddələri
həzm olunaraq qana sorulur.
Yoğun bağırsaq
-
Yoğun bağırsaq nazik
bağırsağa nisbətən daha qısa
olur;
-
Yoğun bağırsaqda həzm
olunmamış qida qalıqlarının
tərkibindəki mayenin qana
sorulması başa çatır və nəcis
kütləsi formalaşır.
Qida borusu
-
Qida borusu ağız boşluğunu
mədə ilə əlaqələndirən əzələli
boruşəkilli orqandır;
-
Qida borusunun əzələləri
yığılıb-boşalaraq dalğavarı
hərəkətlər əmələ gətirir;
-
Bu hərəkətlər sayəsində
qida mədəyə doğru ötürülür.
Mədə
-
Mədə qalın əzələli divarlara
malik orqandır;
-
Mədənin divarlarından şirə
ifraz olunur;
-
Mədə divarını əmələ
gətirən əzələlərin yığılması
sayəsində qida və mədə
şirəsi tam qarışır;
-
Təxminən 4-6 saat
qarışdıqdan və həll olduqdan
sonra maye halında olan
qismən həzm olunmuş qida
horrası nazik bağırsağa
ötürülür.
Anus
-
Həzm kanalının sonunda
yerləşən bu dəlik vasitəsilə
nəcis bədəndən xaric olunur.
-
Həzm prosesi ilk olaraq harada başlayır?
-
Dişlərin və ağız suyunun həzmdəki rolu barədə nə düşünürsünüz?
-
Hansı daha asan həzm olar: bərk qida, yoxsa maye halda olan qida?
-
Fikrinizcə, ağız suyu vəziləri ağız suyu ifraz etməsəydi, nə baş verərdi?