BÖLMƏ 1
Əzələ yığıldıqda o, sümüyü sadəcə darta bilər. Eyni əzələ sümüyü əvvəlki vəziyyətinə qaytara bilməz. Bu hərəkətin baş verməsi oynaq ətrafındakı bir-birinə əks fəaliyyət göstərən əzələlərin sayəsində mümkün olur. Məsələn, biz qolumuzu bükəndə və ya açanda ona birləşmiş əzələlər növbə ilə yığılır və boşalır.
Fəaliyyət 4
Qolumu necə hərəkət etdirirəm?
Məqsəd.
Ləvazimatlar.
Təlimat.
Addım 1.
Addım 2.
Nəticə çıxarın.
Əzələlərin sümüklərin hərəkətinə necə kömək etdiyini göstərmək üçün qol modeli hazırlamaq
Karton, rezin lent, bolt
Karton üzərində aşağıda göstərildiyi kimi, qolun yuxarı (bazu) və aşağı (said) hissələrinin şəklini çəkin.
Çəkdiyiniz şəkilləri kəsib çıxarın. Boltdan (və ya iynəli sancaqdan) və iki rezin lentdən istifadə edərək qolun yuxarı və aşağı hissələrini şəkildə göstərildiyi kimi birləşdirin.
a) Modeldəki iki rezin lent nəyi təmsil edir?
b) Qolun aşağı hissəsi hərəkət etdikdə rezinlərdə hansı dəyişiklik baş verir?