İNSAN ORQANİZMİ
Əzələlər necə işləyir?
Sümüklər əzələlərin köməyi olmadan hərəkət edə bilməz. Ona görə də skelet sistemi ilə yanaşı, əzələ sisteminə də ehtiyacımız var. Hərəkət edə bilməyimiz üçün sümüklər və əzələlər birgə fəaliyyət göstərməlidir.
Üzmək
Yazı yazmaq
Qaçmaq
Bunlar əzələlərin köməyi ilə etdiyimiz hərəkətlərin, sadəcə, bir qismidir.
Fəaliyyət 3
Əzələlərin fəaliyyəti nədən ibarətdir?
Bədənimizin hər yerində əzələ var. Şəklə baxaraq əsas skelet əzələlərinin harada yerləşdiyini görmək olar. Sizcə, aşağıdakı fəaliyyətləri yerinə yetirmək üçün hansı əzələlər istifadə olunur?
Gəzmək Üzmək
Danışmaq Karandaşı yerdən götürmək
Çeynəmək Qolu bükmək və açmaq
Qaçmaq Qolları qaldırmaq və aşağı salmaq
İnsanın skeletini təşkil edən sümüklərə əzələlər birləşir. Oynaqları əmələ gətirən sümüklərə bağlanan əzələlər sayəsində biz yumruğumuzu sıxa, dizimizi bükə və bunun kimi müxtəlif bədən hərəkətlərini icra edə bilirik. Siz sümüklərinizin və əzələlərinizin birgə necə hərəkət etdiyini hiss edə bilirsinizmi?
Əzələlərin yığılıb boşalması zamanı sümüklər hərəkət edir. Əzələlər yığılarkən əzələ qısalır və qalınlaşır, nəticədə birləşdiyi sümüyü dartır. Əzələlər boşaldıqda isə əzələ yenidən uzanır və nazikləşir. Bu zaman sümük öz əvvəlki vəziyyətinə qayıdır.
Yığılmış əzələ
Boşalmış əzələ
Yığılmış və boşalmış əzələnin görünüşü