BÖLMƏ 1
Sümük birləşmələri və hərəkət
Sümüklər bir-biri ilə birləşərək sümük birləşmələri əmələ gətirir. Sümük birləşmələri hərəkətsiz, yarımhərəkətli və hərəkətli olur.
Kəllənin əksər sümükləri bir-biri ilə hərəkətsiz birləşir.
Yarımhərəkətli birləşmələrə onurğa sütununda rast gəlinir. Bu cür birləşən sümüklər qismən hərəkət edə bilir.
Hərəkətli birləşmələrə və ya oynaqlara qollarda və ayaqlarda rast gəlmək olar. Bu oynaqlar sərbəst şəkildə hərəkət edə bilir.
Bəzən müxtəlif səbəblərdən sümüklərimiz çatlaya və ya sına bilər. Sınmış sümük özünü bərpa edə bilir. Həkim sınıq olan nahiyəyə gips sarğısı qoyur ki, zədələnmiş hissə tamamilə hərəkətsiz qalsın və sınmış sümük bir-biri ilə yaxşı bitişsin. Nəticədə gips sarğısı sümükləri əvvəlki vəziyyətinə gətirməyə kömək edir.
Biliklərin yoxlanılması