BÖLMƏ 1
2
BİZ NECƏ HƏRƏKƏT EDİRİK?
Yemək üçün qidanı ağzınıza aparır, sizi çağıran insanı görmək üçün arxaya dönür, gün ərzində idman edirsiniz. Siz hərəkət edə bilməsəniz, o zaman gündəlik həyatınızda bu və ya digər fəaliyyətləri yerinə yetirə bilməzsiniz.
Hərəkət edə bilməyimizin səbəbi insan orqanizmində birgə fəaliyyət göstərən iki sistemin - sümük və əzələ sistemlərinin olmasıdır.
Sümük sistemi
Sümük sistemi bədənimizə forma verən skeletdən skeletdən ibarətdir. Əgər bu sistem olmasaydı, ayaqüstə dura və ya otura bilməzdik.
İnsanın skeleti sümüklər və onların birləşmələrindən təşkil olunmuşdur. Sümüklər bədənimizin dayağıdır və bizə hərəkət etməyə imkan verir. Bəzi sümüklər isə daxili orqanlarımızı xarici təsirlərdən qoruyur.
Kəllənin skeleti
Kəllə bir neçə
sümükdən ibarət olub
beyni qoruyan “dəbilqə”
rolunu oynayır.
Döş qəfəsi
Döş qəfəsini təşkil edən
12 cüt qabırğa və döş
sümüyü ürək və
ağciyərləri xarici
təsirlərdən qoruyur.
Qabırğalar arxadan
onurğaya birləşmişdir.
Onurğa sütunu
Onurğa sütunu 33
və ya 34 sümükdən
ibarətdir. Onun
sayəsində bədənimizi
düz vəziyyətdə saxlaya
və ya bükə bilirik.
O, həmçinin onurğa
beynini qoruyur.