4
|
ŞƏHƏRİMİZİN İNCƏSƏNƏTİ
|
Divarlarda asılan, qızılı naxışlarla işlənmiş çərçivələrdəki irili-xırdalı rəsm əsərlərinin hər birində rəssam yaratdığı təkrarsız obrazlarla öz düşüncələrini ifadə edir.
Zaldan zala keçərkən insanlar çox astadan danışır, öz təəssüratlarını bölüşürlər. Seyr etdikləri əsərlərdə sənətkarların yaradıcılığına münasibət bildirir, kompozisiyanı, koloriti, onun əhvali-ruhiyyəsini də müzakirə edirlər.
Muzeyi ziyarət edənlər insanın yaratdığı ən gözəl nümunələri seyr edir, yeni və maraqlı məlumatlarla tanış olur, daxilən zənginləşirlər.
Buraya gələn hər bir insan incəsənət dünyası ilə tanışlıqdan məmnun halda, xoş təəssüratlarla ayrılır.
Sizin də evdə kiçik muzeyiniz — açıqcalar, balaca maşınlar və gəlinciklər olan toplu — kolleksiyanızın olması mümkündür. Xüsusi guşə ayırıb onları rəflərə cərgə ilə düzsəniz dostlarınız daha rahat seyr edə bilər. Beləcə, öz kiçik muzeyinizi düzəltmiş olarsınız.
YARADICI TAPŞIRIQ
|
|