3
|
SƏNƏTKARIN EMALATXANASINDA
|
Oxumağı bacarmayan kiçikyaşlı uşaqlar üçün “oyuncaq-kitablar” yaradırlar. Onlar elə möcüzəlidir ki!.. Qalın vərəqli səhifələr açılanda, qatlanıbaçılan təsvirlər elə bil ki canlanaraq həcmli fiqurlara çevrilir. Onlara hər tərəfdən baxmaq mümkündür.
Nağıl, sərgüzəştlər, yaxud dərslik kitabı üzərində işləyən rəssam fikirləşir ki, kitabın nədən bəhs etdiyi ilk baxışdan bilinsin. Çünki onların illüstrasiyası tam fərqlidir. Nağıl kitabında həm illüstrasiya, həm də naxışlı hərflər yerinə düşər. Dərslikdəki sadə illüstrasiya isə dərsin yaxşı qavranılmasına kömək edir.