3
|
SƏNƏTKARIN EMALATXANASINDA
|
Azərbaycan rəngkarlıq sənətinin görkəmli nümayəndələrindən biri də rəssam Toğrul Nərimanbəyovdur. Sənətkar Azərbaycanın gözəlliklərini rəngkarlıq əsərlərində əlvan boyalarla dünyaya tanıtmışdır. Görkəmli rəssamın yaratdığı əsərlər əsasən mənzərə, portret, divar rəngkarlığı və teatr rəssamlığı kimi müxtəlif sahələri əhatə edir.
Azərbaycan təbiətinin gözəllikləri, adət-ənənələrimiz, gündəlik həyatımızdan səhnələr onun əsərlərində dünyanı dolaşmışdır. Obrazların bolluğu, kompozisiyanın dolğunluğu, bədii dekorativlik, zəngin əlvan kolorit onun fərdi üslubunun əsas əlamətləridir.
Rəssamın yaradıcılığında natürmort janrının xüsusi yeri var. O öz əsərlərində çəkdiyi müxtəlif əşyaları, ləziz Azərbaycan nemətlərini, xüsusən də, nar meyvəsini sevgi ilə əks etdirir. Ona görə, rəssamın natürmortları xoş duyğular yaradır, adamı sehirli bir aləmə çəkib aparır.
Ustad yaratdığı “Xurcunla nar”, “Narlar”, “Nar ağacı” kimi əsərlərdə vətənimiz Azərbaycanın zəngin təbiətini özünəməxsus ustalıqla təsvir edib.
“Sevincli gün” | “Xurcunla nar” |
YARADICI TAPŞIRIQ
|
Akvarel, quaş
|