Forma ritmi “Su” ornamenti |
Rəng ritmi "Karvan" ornamenti |
Rəng kontrastı "Ulduz" ornamenti |
Təbiətin müxtəlifliyi və rəngarəngliyi kimi xalçanın da naxışları müxtəlif olur.
Dünya şöhrətli xalçaçı-rəssam Lətif Kərimovun yaratdığı xalçalarda təbiət möcüzəli ornamentlərə çevrilir.
Forma və rənglərin ritmi bir-birini əvəzləyərək xalçanı bəzəyir. O, əvvəlcə damalı kağızda xalça üçün naxışlar tərtib edir, sonra xana dəzgahı üzərində bu naxışları rəngli ilmələrlə əks etdirirdi.
L.Kərimovun tərtib etdiyi naxış və ornamentlər əsasında toxunmuş xalçalar kompozisiya quruluşu və rəng həllinə görə seçilir.
Onun naxış nümunələri əsasında toxunmuş “Əfşan”, “Şuşa”, “Göygöl”, “Butalı”, “Heyvanlar aləmində”, “Füzuli” və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.
Azərbaycanın Xalq rəssamı Lətif Kərimov yeni xalça naxışları hazırlamaqla yanaşı, həm də xalça sənətimizin tarixini dərindən öyrənmişdir.
Onun təşəbbüsü ilə Bakıda Xalça Muzeyi yaradılmışdır.