1
|
TƏBİƏTİN EMALATXANASINDA
|
Rəssam təbiəti təsvir edərkən onun əhvali-ruhiyyəsini hiss etməyi bacarır. “Kəndimizin sakinləri” adlı birinci tabloda çəhrayı, qonur və yaşıl boyalar sarı rənglə qarışdırılıb. Təbiət bu tabloda gümrah və şəndir.
“Xəzər neftçiləri” adlı ikinci tabloda isə göy, qırmızı, sarı, qonur və digər boyalar qara rənglə qarışdırılıb. Təbiətin əhvali-ruhiyyəsi həyəcanlı və zəhmlidir.