TEXNOLOJİ VASİTƏLƏR
Qoşa hissələri olan alətləri tapın.
Evdə və dərsdə ən çox hansı alətlərdən istifadə edirsiniz?
Deşici və kəsici alətlər hansılardır?
Ölçməni hansı alətlə icra etmək olar?
Bu alətlər bir-birindən nə ilə fərqlənir?
Onlan neçə qrupa bölmək olar?
Əl ilə materialın formasını, ölçüsünü və şəklini dəyişən alətlər əl alətləridir. Mexanizmlərdən ibarət olan əl alətləri mexaniki əl alətləridir. Mexanizm - maşını, aparatı, cihazı və s. hərəkətə gətirir. Mexanizmin hissələrinə detal deyilir.
Elektriklə işləyən mexaniki əl alətlərinə elektrik alətləri deyilir.
SUALLAR
1. Meyvə və tərəvəz hansı texnologiyaların köməyi ilə becərilir ?
2. Dərslərə hazırlaşmaq əmək adlanırmı? Nə üçün?
3. Təbiətin və insanın yaratdıqlarını sadalayın.
4. Siz daha hansı texnologiyaları tanıyırsınız?
5. Mexaniki və elektrik alətləri bir-birindən nə ilə fərqlənir?
6. Şəkildə hansı alətlər təsvir olunmuşdur?