TEXNOLOJİ VASİTƏLƏR
Şəkli diqqətlə nəzərdən keçirin.
Alətlərin adını deyin. Onların hər biri ilə hansı işi görmək olar? Şəkildə təsvir olunanlardan hansı alət deyil?
Alət - materialın formasını, ölçüsünü və şəklini dəyişən əmək vasitəsidir. Usta alətlərsiz keçinə bilməz.
Alətlər ustanın köməkçisidir. Usta həmişə öz alətlərinə qayğı ilə yanaşır. Alətləri, onların quruluşunu, istifadə qaydasını yaxşı öyrənmək lazımdır.
Hansı alət insana ziyan yetirə bilər?
Şəkildəki alətləri diqqətlə nəzərdən keçirin.