TEXNOLOJİ VASİTƏLƏR
Texnologiya - insan əli ilə məmulatların və xidmətlərin yaradılması prosesidir. Kənd təsərrüfatı texnologiyalarının köməyi ilə buğda, meyvə və tərəvəz becərilir. Yeyinti texnologiyalarından istifadə edərək buğdadan çörək, meyvələrdən mürəbbə və cem bişirilir.
İnformasiya texnologiyaları telefonla ünsiyyət saxlamaq, televizora baxmaq, məlumat əldə etmək və onu ötürmək üçün yaradılır və istifadə edilir.
Hər bir işi yerinə yetirmək üçün uyğun alətlər lazımdır.
Aşpaz mətbəxdə hansı alətlərdən istifadə edir?
Dərzi paltar tikərkən nədən istifadə edir?
Sağlamlığı qorumaq üçün kəsici və deşici alətlərlə ehtiyatlı
davranmaq lazımdır.