TEXNOLOJİ MAŞINLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ
Şəkildə hansı maşınlar təsvir olunmuşdur?
Bu maşınların təyinatı haqqında nə deyə bilərsiniz?
Kompüter sözünün mənası “elektron hesablayıcı maşın” deməkdir. İlk sadə hesablayıcı maşınlar - mexaniki arifmometrlər 1920-ci ildə kəşf olunmuşdur.
Sizcə, müasir kompüter hansı funksiyaları yerinə yetirə bilər?
O, insanın əvəzolunmaz köməkçisi olub, ən mürəkkəb əməliyyatları yerinə yetirir. Kompüterin kəşfini təyyarənin kəşfi ilə bir sıraya qoymaq olar. Çünki onun köməyi ilə bir çox məlumatları (vizual, fotoqrafik, mətnli məlumatları) internet vasitəsilə ötürmək, eləcə də çertyoj tərtib etmək, şəkil və cizgi filmi çəkmək, səs yazmaq və dinləmək, mətnləri yazmaq, redaktə etmək, kitabları vərəqləmək, müxtəlif oyunlar oynamaq, musiqiyə qulaq asmaq, kinofilmə baxmaq və s. mümkündür. İnsanın müxtəlif informasiyalar əldə etməsində kompüterin rolu əvəzolunmazdır.
SUALLAR
1. Məişətdə hansı maşınlardan istifadə olunur?
2. Onlar hansı məqsədlərə xidmət edir?
3. Elektron maşınların əsasını nə təşkil edir?
4. Elektron maşınları sadalayın.
5. Onlar hansı əməliyyatları yerinə yetirir?
Məişətdə hansı alətlərin avtomatik formasını görmək istədiyinizi təsvir edin.