TEXNOLOJİ MAŞINLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ
Şəkildəki nəqliyyat vasitələrinə diqqət yetirin.
Suda üzən nəqliyyat vasitələri hansılardır və onlar nə üçün
lazımdır?
Bütün suda üzən maşınlar su nəqliyyatı vasitələridir.
Gəmilər, mühərrikli qayıqlar, tankerlər* və digər üzən nəqliyyat vasitələri çaylarda, dəniz və okeanlarda sərnişin və yük daşımaq üçün nəzərdə tutulmuşdur.
Üzən maşınlar uzunsov şəkildə olub, balıqların, delfinlərin gövdəsini xatırladır. Buna görə də onlar suda asanlıqla və cəld hərəkət edirlər.
Müasir gəmiləri qalın polad təbəqələrdən hazırlayırlar.
SUALLAR
1. Hansı maşınlar hava nəqliyyatına aiddir?
2. Onlardan hansı məqsədlə istifadə olunur?
3. Hansı maşınlar su nəqliyyatına aiddir?
4. Su nəqliyyatından hansı məqsədlər üçün istifadə edilir?
Kağızqatlama üsulu ilə paraşüt
və ya yelkənli qayıq modeli hazırlayın.