TEXNOLOJİ MAŞINLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ
Şəkillərə diqqət yetirin. Şəkildə gördüklərinizin adlarını söyləyin.
Bütün uçan nəqliyyat vasitələri (maşınlar) hava nəqliyyatına aiddir. Kosmik gəmilər, təyyarələr, vertolyotlar, hava şarları, planerlər*, dirijabllar** və deltaplanlar*** sərnişinləri, müxtəlif yükləri daşımaq üçün nəzərdə tutulmuşdur.
Hava şarları qızdırılmış havanın, dirijabl yüngül qaz (hidrogen qazı) və mühərrikin köməyi ilə uçur.
Kosmik gəmilər, təyyarələr və vertolyotlar isə yalnız mühərrik hesabına uçur.
İnsanın əsrlərboyu okean və dənizləri, sürətli çayları fəth etmək ehtiyacı olub.
Bu ehtiyacdan yollar axtaran insan əvvəlcə bir neçə tiri asanlıqla əyilə bilən ağac budaqları ilə bağlayaraq sal düzəltdi. Sonra daş alətlə ağacın gövdəsini oyaraq ilk qayığı düzəltdi. Daha sonra yelkənli və müasir gəmilər meydana gəldi.
* Planer - motorsuz uçucu aparat
** Dirijabl - fransız sözü olub, mənası “idarə edilən” deməkdir.
*** Deltaplan - Oxvari qanadları olan, quyruğu olmayan, motorlu və ya motorsuz uçan
qurğudur.