TEXNOLOJİ MAŞINLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ
27. NƏQLEDICİ MAŞINLAR. HAVA NƏQLİYYATI.
SU NƏQLİYYATI
Uzaq keçmişdə insan əşyaları müxtəlif hündürlüyə qaldırırdı. Misir piramidalarını tikərkən ağır daşların müəyyən hündürlüyə necə qaldırılması hələ də sirr olaraq qalır.
İnsan bu işi asanlaşdırmaq üçün nə fikirləşdi?
Şəkildəki maşınlara diqqət yetirin.
Bu maşınlar hansı işləri görür?
Onlardan harada istifadə olunur?
Şəkillərdə təsvir olunmuş maşınlar nəqledici maşınlar adlanır. Bu maşınlara tikinti meydançalarında daha çox rast gəlinir. Çünki onlardan müxtəlif yüklərin qaldırılmasında və nəql edilməsində istifadə edilir.
Qaldırıcı kran və yükqaldıran maşın yükü müxtəlif hündürlüyə qaldırır.
Beton nasosu betonqarışdırıcıdan maye betonu tikilən binanın müxtəlif hündürlüyünə nəql edir.
Ekskavator, buldozer, qreyder torpağın və ya daşın yerini dəyişir. Eskalator metroda sərnişinləri endirib-qaldırır.
Əsrlərlə insan dağları, çayları, dəniz və okeanları tez və maneəsiz qət etməyi arzulayıb. Uçmaq arzusu onun üçün həmişə əlçatmaz olub. İnsan uçmaq üçün ən müxtəlif vasitələrdən istifadə edib. Uğursuzluqla nəticələnən cəhdlərin sonunda, nəhayət ki, hava nəqliyyatı vasitələrini yarada bilib.