8

TEXNOLOJİ MAŞINLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ

26. TEXNOLOJİ MAŞINLAR. YERÜSTÜ VƏ YERALTI
NƏQLİYYAT VASİTƏLƏRİ

Maşın dedikdə nə başa düşürsünüz?
Hansı maşınları tanıyırsınız?
Eneıjini, materialları və informasiyaları dəyişən texniki
qurğuya maşın deyilir.
Maşın insanın əməyini yüngülləşdirir.
Şəkildəki maşınlara diqqət yetirin.
Siz onları tanıyırsınızmı?

Bu maşınlar nə üçün lazımdır?

Onlar necə adlanır?

Siz həmişə əl ilə müxtəlif məmulatları hazırlamalı olurdunuz. Məsələn, qayçı, biz və digər alətlərin köməyi ilə pəstahları kəsir, detalları emal edir və dəlik açırsınız. İstehsalatda bu əməliyyatları xüsusi texnoloji maşınlar - dəzgahlar yerinə yetirir.

Çoxfunksiyalı oduncaq dəzgahlarında oduncağı kəsirlər, həm də yonurlar (1).

Şüşəkəsən dəzgahda müxtəlif ölçüdə şüşə kəsilir (2).

Armaturu əymək üçün əl dəzgahı (3).