İPLİKLƏ İŞ
3. Birləşmə yerlərində ayı balasının pəncələrini və gövdəsini bizlə deşin. Pəncələrdə daha bir deşik açın, bu deşiklərə sap taxın və pəncələri cüt-cüt bağlayın. Məftilləri gövdə üzərindəki biz ilə hazırlanmış deşiklərdən keçirin, pəncələri ona birləşdirin və əyin. Sapları üfuqi olaraq yerləşdirin, arxa və ön pəncələri birləşdirin, onları bağlayın. Sapların artıq uclarını kəsin.
4. Üfuqi şəkildə uzanan saplara uzun sapı şaquli olaraq bağlayın və plastik borucuğu gövdəyə yapışqanlı lentlə yapışdırın.
Hərəkətli detalları olan ayı balası oyuncağı hazırdır.
SUALLAR
1. Detalların hansı halda daha hərəkətli olmasını yoxlayın.
2. Fikirləşin, ayı balası oyuncağının pəncələrini hərəkətə gətirmək
üçün sapı nə ilə əvəz etmək olar?